Bu gün Konfrans Liqasının qalibi müəyyənləşəcək 

Bu gün Konfrans Liqasının qalibi müəyyənləşəcək 

Bu gün futbol üzrə UEFA Avropa Konfrans Liqasının final oyunu keçiriləcək. Həlledici oyunda Yunanıstanın “Olimpiakos” və İtaliyanın “Fiorentina” klubu qarşılaşacaq. Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən “AEK Arena”da təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunun baş hakimi portuqaliyalı Artur Diaş olacaq.