ACF iki illik fəaliyyəti və gələcək strategiyalar barədə hesabat verdi
BOK
16.07.2024, 19:33
İyulun 16-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Milli Mətbuat Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə çıxış edən Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov, federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu və KİV nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Rəşad Rəsullu federasiyanın son 2 illik fəaliyyəti ilə bağlı məlumat verib. Bildirilib ki, Azərbaycanda cüdo idman növü ilə məşğul olanların sayı ötən illərlə müqayisədə artıb. Belə ki, 2024-cü ilin iyul ayına olan göstəriciyə əsasən ölkədə 19 min 454 idmançı cüdo ilə məşğul olur. 2022-ci ilin noyabr ayında isə bu rəqəm 16 min 27 olub. Federasiya rəsmisi qız cüdoçuların da sayında artım olduğunu vurğulayıb. Rəşad Rəsullu həmçinin Azərbaycan Cüdo Federasiyasının 2022-ci ildən bu günə qədər Bakı və rayonlarda 86 idman zalına 6214 tataminin paylaşıldığını deyib. Federasiya rəsmisi həmçinin onu da qeyd edib ki, 1224 yeniyetmə və gənc idmançıya pulsuz məşq etməsi üçün federasiya rəhbərliyi tərəfindən şərait yaradılıb. Azərbaycan Cüdo Federasiyasının 36 ay ərzində 106 təlim və seminar təşkil etdiyini deyən Rəşad Rəsullu bildirib ki, 130 məşqçi Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının müvafiq sertifikatını əldə edib. O, 68 mütəxəssisin təhsil aldığını, 250 məşqçinin isə müvafiq sertifikat almasını hədəfləndiyini vurğulayıb. Tədbirin gedişində həmçinin Azərbaycan Cüdo Federasiyası 2024-2028-ci illər üçün strategiyası da təqdim edilib. Rəşad Rəsullu bu barədə danışarkən qeyd edib ki, qarşıda duran ən əsas məqsəd Azərbaycanı cüdo üzrə dünyanın qabaqcıl ölkələrindən birinə çevirməkdir. O, həmçinin 4 illik inkişaf planında 3 strateji istiqamət və dəstəkləyici amilləri açıqlayıb. Strateji istiqamətlər kütləviliyin artırılması, istedadların inkişaf yolunun təkmilləşdirilməsi, elit idmanda nailiyyətlərin yaxşılaşdırılmasıdır. Rəşad Rəsullu həmçinin çıxışında Paris-2024 Yay Olimpiya Oyunlarına 9 lisenziya qazandığını və hər bir idmançıya inandıqlarını bildirib. Federasiya rəsmisi çıxışında həmçinin Azərbaycanın və Gürcüstanın Cüdo federasiyaları arasında müxtəlif yaş qrupları üçün liqa təşkil ediləcəyi ilə bağlı məlumat verib. O, artıq bununla bağlı ilkin razılığın əldə olunduğunu, liqada 8 komandanın olacağını söyləyib. Rəşad Rəsullu çıxışının sonunda media nümayəndələrini Milli Mətbuat Günü münasibəti ilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra Azərbaycan Cüdo Federasiyasının sosial layihələr (“Doğru yol budur!”, Adaptiv cüdo, “Qızlara ağ yaraşır”, “Söz verirəm”) barədə məlumat verilib. Rəsmi çıxışlardan sonra Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan cüdoçularla bağlı video çarx nümayiş olunub. Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK