Paris-2024: Azərbaycan idmançıları bu gün 8 yarışda mübarizə aparacaqlar
BOK
30.07.2024, 08:42
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Bu gün Azərbaycan millisi 8 yarışda təmsil olunacaq. Fərdi mübarizələrdə iştirak edəcək 7 idmançımızla yanaşı, basketbolun 3x3 növü üzrə qadınlardan ibarət yığmamız da Paris-2024-də debüt edəcək.
Günə ilk olaraq triatlonçumuz Rostislav Pevtsov start verəcək.
Daha sonra akademik avarçəkənimiz Diana Dımçenko 1/4 final görüşünə çıxacaq.
Bu gün həmçinin bir cüdoçumuz Zelim Tçkayev də mübarizə aparacaq. 81 kq çəki dərəcəsində yer alan cüdoçumuz mübarizəyə 1/16 final mərhələsindən başlayacaq.
Üzgüçülük yarışlarında isə komandamızın üzvü Ramil Vəlizadə ilk mübarizəsinə start verəcək. O, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində iştirak edəcək.
Bu gün həmçinin daha iki boksçumuz rinqə çıxacaq. Bakı vaxtı ilə saat 17:30-da Nicat Hüseynov (51 kq) ilk döyüşünə çıxacaq. O, 1/8 finalda Yunior Alkantara Reyeslə (Dominikan Respublikası) qarşılaşacaq. 1/8 finalda mübarizə aparacaq digər boksçumuz Murad Allahverdiyevin (80 kq) isə ilk rəqibi Misir təmsilçisi Abdelrahman Abdelqavvad olacaq. Döyüş Bakı vaxtı ilə saat 18:34-də başlayacaq.
Bu gün Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova da hədəfi nişan alacaq. Sıralama turunda 647 xalla 39-cu olan idmançımız 1/32 finalda çinli An Qixuanla mübarizə aparacaq.
Günün sonunda Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi meydana çıxacaq. Komandamızın ilk rəqibi İspaniya yığması olacaq.
30 iyul
10:45. Triatlon, kişilər Rostislav Pevtsov
11:30. Akademik avarçəkmə, qadınlar, fərdi, 2000 m 1/4 final Diana Dımçenko
12:00. Cüdo, kişilər, 81 kq 1/8 final Zelim Tçkayev – Umar Alfa Djalo (Fransa)/Abdelrahman Abdelqani (Misir) cütünün qalibi
13:00. Üzgüçülük, kişilər, 200 m, batterflyay Təsnifat mərhələsi Ramil Vəlizadə
17:30. Boks, kişilər, 51 kq 1/8 final Nicat Hüseynov – Yunior Alkantara Reyes (Dominikan Respublikası)
18:34. Boks, kişilər, 80 kq 1/8 final Murad Allahverdiyev – Abdelrahman Abdelqavvad (Misir)
20:11. Kamandan oxatma, qadınlar 1/32 final Yaylagül Ramazanova - Qixuan An (Çin)
23:00. Basketbol 3x3, qadınlar İspaniya – Azərbaycan
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK