Ölkəmizin idmançılarına dəstək birliyin və Vətən sevgisinin bariz nümunəsidir
BOK
10.08.2024, 03:02
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Bu olimpiadada şübhəsiz ki, ən böyük azarkeş kütləsi fransalılardan ibarətdir. Yerli idmansevərlər bir əsrdən sonra yenidən möhtəşəm Olimpiya Oyunlarının öz ölkəsində keçirilməsindən məmnun görünürlər. Fransalı azarkeşlər yarışların keçirildiyi tribunalarda əksəriyyət təşkil edirlər. Bu isə doğma azarkeşlər önündə mübarizə aparan idmançıların çıxışlarına əlavə stimul verir. Lakin idman mübarizəsində qəbul olunmuş qaydalar dəyişməz olaraq qalır. Fransalı azarkeşlərin dəstəyinə baxmayaraq, rəqib idmançıların göstərdiyi ustalıq sayəsində yerli azarkeşlər öz idmançılarının məğlubiyyəti ilə barışmalı olurlar. Biz bunun cüdo yarışları zamanı bir daha şahidi olduq. Paris-2024-ün açılış mərasimi zamanı ölkəmizə qarşı qərəz nümayiş olunmasına baxmayaraq, cüdoçumuz Hidayət Heydərovun finalda fransalı Joan Benjamin Qabanı məğlub edərək Olimpiya çempionu adını qazandı. Azərbaycan atleti bununla sübut etdi ki, hər şey idmançının öz əlindədir. Tatami üzərində əldə olunan qələbəyə azarkeş istəsə də, istəməsə də ən yaxşı halda şahidlik edə bilər. Hidayət Heydərovun möhtəşəm qələbəsi qərəz nümayiş etdirən yerli azarkeşləri himnimizi ayaq üstə dinləməyə məcbur etdi və onlar Azərbaycanın üçrəngli bayrağını ən yüksək zirvədə seyr etməli oldular. Budur əsl fədakarlıq, vətənpərvərlik və əzmkar mübarizədən doğan reallıq. Bu Olimpiya Oyunlarında fransalı azarkeşlərin məcburiyyət qarışısında qalıb, bizim idmançıların uğurlarını dəstəklədiklərinin də şahidi olduq. Belə bir hadisə qadınlardan ibarət 8 komandanın iştirakı ilə keçirilən 3x3 basketbol yığmalarının mübarizəsində Azərbaycan və Çin millilərinin oyununda baş verdi. Bu görüşdə yerli azarkeşlər Azərbaycan təmsilçilərini dəstəkləyirdilər. Bu “doğmalığ”ın əsas səbəbi ondan ibarət idi ki, basketbolçu qızlarımız çinli rəqiblərinə qalib gəlsin, Fransa millisinin 6 ən yaxşı komandadan biri olması üçün imkan yaransın. Bu səbəbdən də həmin görüşdə qalib gələn basketbolçularımızın səbətə atdığı hər bir top böyük coşğu ilə qarşılanırdı. Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları heç də azarkeş dəstəyindən kənarda qalmayıb. Parisə yollanan Azərbaycan nümayəndə heyətinin üzvləri arenalarda idmançılarımızı sona qədər izləyirlər. Müxtəlif idman federasiyalarının rəsmiləri, Parisdə yaşayan həmyerlilərimiz və Fransa paytaxtına yollanan azarkeşlərimiz də idmançılarımızı «Azərbaycan» sədaları altında qələbəyə səsləyirlər. Bu isə öz növbəsində birliyin və Vətən sevgisinin bariz nümunəsidir. Biz dünyanın hər yerində birlikdə güclüyük. Bizi birləşdirən isə azərbaycançılıq ideyası, vətənpərvərlik hissləri və milli-mənəvi dəyərlərimizdir. İnanırıq ki, bundan sonra da, dünyanın idman arenalarında Azərbaycanın dövlət himni səsləndiriləcək, bayrağımız daim zirvələrdə dalğalanacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK