Uğur estafeti davam edir - “Judo Club 2012” zirvədə
BOK
07.03.2025, 14:01
Son illərdə Azərbaycan cüdosu sürətli tərəqqi yolunda inamla irəliləyir. İdmançılarımız beynəlxalq arenalarda uğurla çıxış edərək qələbə ənənələrini davam etdirir, Azərbaycan cüdosunun nüfuzunu daha da yüksəldirlər. İdmançılarımızın mötəbər turnirlərdə qazandıqları medallar və sərgilədikləri peşəkarlıq ölkəmizdə bu idman növünə olan marağı daha da artırır. Bu gün gənc və perspektivli cüdoçuların yetişdirilməsi, müasir məşq metodlarının tətbiqində paytaxtın ən müasir idman klublarından biri olan “Judo club 2012”nin də özünəməxsusu sanballı payı var. 2025-ci ilə parlaq qələbələrlə başlayan klubun üzvləri uğur estafetini layiqincə davam etdirirlər. Belə ki, martın 6-da keçirilən kişilər arasında ACF Turunun birinci yarışında “Judo Club 2012”nin idmançıları 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq tatamidə favorit olduqlarını bir daha təsdiq ediblər. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində təşkil olunan turnirdə İbrahim Əliyev (-73 kq) və Məmmədrza Hacızadə (-90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüblər. Şamil Qasımov (-100 kq) və Qurban Məmmədli (+100 kq) gümüş, Rüfət Şövlətov (-73 kq) isə bürünc medala sahib olub. “Judo Club 2012” klubu 5 medalla ümumi komanda hesabında birinci yeri tutaraq zirvədəki yerini qoruyub. Xatırladaq ki, klubun idmançıları ilin əvvəlindən yeniyetmə və gənclərin Bakı və ölkə birinciliklərində, Belçika açıq cüdo turnirində, Slovakianın Samorin şəhərində keçirilən yeniyetmələrin Avropa Kubokunda müxtəlif çəki dərəcələrində yüksək nəticələr əldə edərək medallar qazanıblar. Bu mötəbər turnirlərdə nümayiş etdirdikləri peşəkarlıq və qələbə əzmi, “Judo Club 2012” idmançılarının yüksək hazırlıq səviyyəsinin göstəricisidir. Qazanılan bu uğurların təməlində ölkə rəhbərliyinin idmana və idmançılara diqqət və qayğısı, Azərbaycan Cüdo Federasiyasının (ACF) klubla olan sıx əməkdaşlığı mühüm rol oynayır. Klubun dinamik, davamlı inkişafında onun təsisçisi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, cüdo üzrə veteranlar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı Azər Əsgərovun xüsusi xidmətləri var. Onun cüdoya olan sevgisi, idmançılara daim göstərdiyi dəstək və peşəkar yanaşması sayəsində klubun cüdoçuları mühüm uğurlar qazanmağa davam edirlər. Son yarışlarda əldə olunan qızıl, gümüş və bürünc medallar klubun inkişaf strategiyasının, sistemli məşqlərin və peşəkar heyətin zəhmətinin nəticəsidir. Klubun icraçı direktoru, Olimpiya dərəcəli hakim, Fariz Hüseynovun, klubun oğlanlardan ibarət baş məşqçisi İlqar Müşkiyevin, qızlardan ibarət baş məşqçi Kifayət Qasımovanın idmançılara göstərdikləri dəstək və motivasiya “Judo Club 2012”nin uğurlarında mühüm rol oynayır. Bu qələbələr təkcə bu günün nailiyyətləri deyil, həm də gələcək böyük uğurların təməlidir. Klubun idmançıları hər turnirdə öz güclərini sübut edərək, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyirlər. “Judo Club 2012” təkcə medallar qazanan bir komanda deyil, eyni zamanda gənc cüdoçular üçün uğur yolunu açan bir məktəbdir!
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK