Lerikdə gənclər arasında güllə atıcılığı üzrə rayon turniri keçirilib

Lerikdə gənclər arasında güllə atıcılığı üzrə rayon turniri keçirilib

Lerikdə Valeh Müslümov adına 2 saylı məktəbin idman zalında gənclər arasında güllə atıcılığı idman növü üzrə rayon turniri keçirilib. 20 nəfərin iştirak etdiyi və böyük maraqla qarşılanan turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfində təşkil olunub.

Qalib gələn idmançılar təşkilatçı idarənin diplom və medallarına layiq görülüb.