Bakıdakı dünya çempionatında hakimlər ən müasir qulaqlıqlardan istifadə edəcəklər

Bakıdakı dünya çempionatında hakimlər ən müasir qulaqlıqlardan istifadə edəcəklər

May ayında Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında hakimlər yeni qulaqlıqlardan istifadə edəcəklər.

Dünya Minifutbol Federasiyası bununla bağlı “BluCom Communications” şirkəti ilə uzunmüddətli tərəfdaşlıq müqaviləsi imzalayıb.

Ən müasir qulaqlıqlar oyunlar zamanı hakimlər üçün ünsiyyətin və matçların idarə edilməsinin təkmilləşdirilməsində əsas rol oynayacaq.

Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında reallaşacaq.