Fiqu "ÇL-in qalibi hansı komanda olacaq?" - sualına cavab verib

Fiqu "ÇL-in qalibi hansı komanda olacaq?" - sualına cavab verib

Portuqaliya millisinin keçmiş futbolçusu Luiş Fiqu Çempionlar Liqasında qələbəyə əsas namizəd olan klubun adını açıqlayıb.

"Çempionlar Liqasını kim qazanacaq? Düşünürəm ki, bu PSJ olacaq. Komanda əla formadadır, stabil nəticələr göstərir.", - deyə "Tuttomercatoweb" Fiqudan sitat gətirir.

Qeyd edək ki, PSJ turnirin yarımfinalında London "Arsenal"lı ilə aprelin 29-da "Park de Prens"də qarşılaşacaq.