"Real" Ardanın qolu ilə çempionluq ümidini saxladı

\"Real\" Ardanın qolu ilə çempionluq ümidini saxladı

BOK

24.04.2025, 02:01

Futbol üzrə İspaniya La Liqasında 33-cü turun oyunları davam edir. Çempionluq yolunda mübarizə aparan "Real Madrid” klubu səfərdə “Xetafe”nin qonağı olub. “Coliseum Alfonso Perez” stadionunda baş tutan qarşılaşma Madrid təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -0:1. Görüşün taleyini 21-ci dəqiqədə türkiyəli yarımmüdafiəçi Arda Gulerin vurduğu baxımlı qol həll edib. Qeyd edək ki, bu qələbə ilə “Real Madrid” klubu aktivindəki xalların sayını 72-yə çatdıraraq ikinci pillədə qərarlaşıb. "Kral klubu" lider "Barselona"dan dörd xal geri qalır. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR