Misli Premyer Liqası: "Səbail" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşmədi

Misli Premyer Liqası: \"Səbail\" - \"Araz-Naxçıvan\" oyununda qalib müəyyənləşmədi

BOK

27.04.2025, 20:11

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib. "ASCO Arena"da təşkil olunan günün ilk qarşılaşmasında "Səbail" klubu "Araz-Naxçıvan"ı qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.  Oyunda hesabı 30-cu dəqiqədə Naxçıvan təmsilçisindən Ülvi İsgəndərov açıb. Qarşılaşamnın ikinci hissəsində, 76-cı dəqiqədə Marko Nikoliç hesabda tarazlığı bərpa edib. Bu nəticə ilə aktivindəki xalların sayını 54-ə çatdıran “Araz-Naxçıvan” üçüncü sıradakı mövqeyini qoruyub. “Səbail” isə  21 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.   

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR