Bu gün futbol üzrə Misli Premyer Liqasında 33-cü turu çərçivəsində daha iki oyun keçiriləcək.
Olimpnews.az xəbər verir ki, günün ilk oyunu Şamaxı şəhər stadionunda təşkil olunacaq. Yerli "Şamaxı" klubu doğma meydanda turnir cədvəlinin debutantı "Səbail"i qəbul edəcək. Saat 17:00-da başlayacaq oyunun baş hakimi Elçin Məsiyev olacaq.
"Şamaxı" klubu 32 oyundan sonra 35 xalla 7-cidir. "Səbail" isə 21 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Günün ikinci oyunu paytaxtda təşkil olunacaq. "Araz-Naxçıvan" klubu "Liv Bona Dea Arena"da "Sabah"ı qəbul edəcək. Oyuna saat 19:30-da start veriləcək. Görüşün baş hakimi Kamal Umudlu olacaq.
Qeyd edək ki, Naxçıvan təmsilçisi 54 xalla üçüncü, "Sabah" isə 40 xalla beşincidir.
Misli Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək
jpeg-1746222847.jpeg)