"Barselona" addım-addım çempionluğa yaxınlaşır

"Barselona" addım-addım çempionluğa yaxınlaşır

Futbol üzrə İspaniya La Liqasında 34-cü turun oyunları davam edir.

Olimpnews.az xəbər verir ki, lider "Barselona" səfərdə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Real Valyadolid"in qonağı olub. Oyun Kataloniya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı erkən qolla medan sahibləri açıb. 5-ci dəqiqədə "Real Valyadolid"in futbolçusu İvan Sançez fərqlənib. 

Lakin Hans Flikin komandası matçın ikinci hissəsində Rafinya (54-cü dəqiqə) və Fermin Lopesin (61) qolları ilə qələbə qazanmağa müvəffəq olub. 

Kataloniya təmsilçisi bu qələbədən sonra 79 xalla turnir cədvəlində liderliyini davam etdirir. Onlar bir oyun az keçirən Madrid "Real"ını 7 xal qabaqlayırlar. "Real Valyadolid" isə 16 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.