Basketbol Liqasında final seriyasının ikinci oyunu keçiriləcək 

Basketbol Liqasında final seriyasının ikinci oyunu keçiriləcək 

Bu gün Azərbaycan Basketbol Liqasında "Neftçi" və "Sabah" komandaları arasında final seriyasının ikinci oyunu keçiriləcək. 
Olimpnews.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunacaq oyun saat 14:00-da başlayacaq. 
Xatırladaq ki, bu komandalar arasında keçirilən finalın ilk oyununda "Sabah" 94:89 hesablı qələbə qazanaraq seriyada önə keçmişdi.