Cəlilabadda basketbol üzrə rayon turniri keçirilib

Cəlilabadda basketbol üzrə rayon turniri keçirilib

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə basketbol idman növü üzrə Cəlilabad rayon turniri keçirilib.

Olimpnews.az xəbər verir ki, Cəlilabad şəhər 2 saylı tam orta məktəbin idman zalında keçirilən turnirdə 4 komanda iştirak edib. Qalib gələn komandalar təşkilatçı idarə tərəfindən diplomlara layiq görülüblər.