Azərbaycan Basketbol Liqasında XIV turun oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün tur çərçivəsində daha iki oyun keçiriləcək.
Günün ilk oyununda "Quba" komandası "Lənkəran"ı qəbul edəcək. Quba Olimpiya Kompleksində keçiriləcək oyunun start fiti saat 15:00-da səslənəcək.
Günün ikinci qarşılaşmasında "Sərhədçi" "Naxçıvan"la üz-üzə gələcək. Oyun "Sərhədçi" İdman Mərkəzində, saat 20:00-da başlanacaq.
Qeyd edək ki, XIV tura yanvarın 25-də yekun vurulacaq.


