"Real" 21 yaşlı futbolçunu transfer etmək istəyir, amma...

"Real" 21 yaşlı futbolçunu transfer etmək istəyir, amma...

İspaniyanın "Real Madrid" klubu Portuqaliyanın "Benfika" klubunda forma geyinən Alvaro Karreyra ilə maraqlanır. 
Olimpnews.az xəbər verir ki, lakin "Kral klubu" 21 yaşlı sol cinah müdafiəçisi üçün Portuqaliya təmsilçisinə 60 milyon avroluq sərbəstqalma məbləğini ödəmək istəmir. Madridlilər bu səbəbdən "Mançester Yunayted"i Karreyranı 18 milyon avroya geri qaytarmağa razı salmağa çalışır. 
Belə olacağı təqdirdə "Real" müdafiəçini 30-35 milyon avroya heyətinə qatmağı planlaşdırır.