Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, "Sabah" klubu ikinci final oyununda da “Neftçi”ni üstələyib.
Bakı İdman Sarayında təşkil olunan qarşılaşmada bu dəfə “Sabah”ın 86:77 hesablı qələbəsi qeydə alınıb.
Xatırladaq ki, mayın 2-də təşkil olunan final seriyasının ilk oyununda Rimas Kurtinaytesin komandası "Neftçi"yə 94:89 hesabı ilə qalib gəlmişdi. Beləliklə, "Sabah" klubu final seriyasında 2:0 hesabı ilə irəli çıxıb. Bu komandalar arasında növbəti oyun mayın 6-da təşkil olunacaq.