Cüdo komandamız Avropa Kubokunu ikinci pillədə başa vurdu

Cüdo komandamız Avropa Kubokunu ikinci pillədə başa vurdu

Mayın 3-də Quba Olimpiya İdman Kompleksində start götürən yeniyetmə cüdoçular arasında Avropa Kuboku yarışına bu gün yekun vurulub. 

Olimpnews.az xəbər verir ki, yarışın ikinci - sonuncu günündə daha 8 çəki dərəcəsində qaliblər bəlli olub. 

Azərbaycan cüdoçuları bu günü 6 medalla (3 gümüş, 3 bürünc) başa vurub. Təmsilçilərimizdən Səid Şərifov (-73 kq), Amin Mehdiyev (-81 kq) və Səid Hüseynov (-90 kq) gümüş medalla kifayətləniblər. Məhəmməd Ağakişiyev (-73 kq), Sübhan Axundov və Tunar Fərzəliyev (hər ikisi +90 kq) bürünc medala sahib olublar.

Qeyd edək ki, ötən gün Azərbaycan yığması 12 medal (3 qızıl, 3 gümüş və 6 bürünc) qazanmışdı. Anar Quliyev (-50 kq), Zeyd Ələsgərov (-60 kq), Nuranə Hacızadə (-48 kq) qızıl, Rəsul Əlizadə (-55 kq), Fəxri Sahibzadə (-66 kq), Leyla Ələkbərova (-48 kq) gümüş, İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi -50 kq), Röyal Qayıbov (-60 kq), Hüseyn Hüseynov (-66 kq), Xədicə Abdullayeva (-44 kq) və Aysun Məmmədova (-52 kq) bürünc medala layiq görülmüşdülər.

Yekunda 3 qızıl, 6 gümüş və 9 bürünc olmaqla, ümumilikdə 18 medal qazanan Azərbaycan yığması turnirdə komanda hesabında ikinci yeri tutub.