"Qarabağ"dan inamlı qələbə

"Qarabağ"dan inamlı qələbə

Futbol üzrə Misli Premyer Liqasında XXXIII turun daha bir oyunu başa çatıb.

Olimpnews.az xəbər verir ki, lider "Qarabağ" "Azərsun Arena"da "Sumqayıt"ı qəbul edib. Oyun Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Köhlən atlar"ın  qələbə qollarını 59-cu dəqiqədə Yassin Benzia və 82-ci dəqiqədə Kadi Borqes vurub. 

Çempionluğu ötən tur rəsmiləşdirən Qurban Qurbanovun komandası aktivindəki xallarının sayını 80-ə çatdırıb. "Sumqayıt" isə 30 xalla 8-cidir.