Misli Premyer Liqasının XXXIII turun oyunlarına yekun vurulub.
Olimpnews.az xəbər verir ki, turun son oyunu “Neftçi” və "Kəpəz" komandaları arasında baş tutub.
“Neftçi Arena”da təşkil olunan oyunda qalib müəyyənləşməyib -2:2.
"Ağ-qaralar"ın heyətində 24-cü dəqiqədə Aleks Fernandes, 90+6-cı dəqiqədə isə Emin Mahmudov fərqlənib. "Kəpəz"in qollarını isə 50-ci dəqiqədə Luis Paçu və 62-ci dəqiqədə Camal Cəfərov vurub.
"Neftçi" bu oyundan sonra 37 calla 6-cı, Gəncə təmsilçisi isə 29 xalla 9-ci pillədə qərarlaşıb.