Türkiyənin İstanbul şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa Kuboku turnirinə yekun vurulub.
Olimpnews.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışda 31 ölkədən 505 (341 oğlan, 164 qız) cüdoçu qüvvəsini sınayıb. Yarışda 38 cüdoçu ilə təmsil olunan komandamız turniri 2 qızıl, 5 bürünc medalla başa vurub. Komandamıza qızıl medalları Aslan Kotsoyev (-90 kq) və Nizami İmranov (-66 kq) qazandırıb. Aytac Qardaşxanlı (-52 kq), Nihad Məmişov (-60 kq), Fərid Qarayev (-60 kq), Mehdi Abbasov (-81 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc medala sahib çıxıb. Turniri 2 qızıl və 5 gümüş medalla başa vuran millimiz oğlanlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yeri tutub.