Masallıda mini futbol turniri keçirilib

Masallıda mini futbol turniri keçirilib

Masallıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş mini futbol üzrə rayon turniri keçirilib. Rayondakı Ərkivan arenada keçirilən, 4 komandanın  mübarizə apardığı turnirin birincisi Masallı Rayon İcra Hakimiyyətinin komandası olub. İkinci yeri Masallı Uşaq Gənclər İdman-Şahmat Məktəbinin komafudfndası tutub. Üçüncü yerə isə Masallı Uşaq-Gənclər İdman Məktəbin komandası sahib çıxıb. 
Qalib gələn idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlara layiq görülüblər.