İngiltərəli futbolçu şahmat turnirinin qalibi oldu

İngiltərəli futbolçu şahmat turnirinin qalibi oldu

“Kristal Pelas” klubunun və İngiltərə millisinin futbolçusu Ebereçi Eze Chess.com tərəfindən təşkil olunan PogChamps 6 adlı onlayn şahmat turnirində birinci yeri tutub.

Olimpnews.az xəbər verir ki, dörd gün davam edən və 12 iştirakçının mübarizə apardığı turnirin finalında Eze amerikalı YouTuber Sapnap üzərində qələbə qazanıb -2:0. O, bu qələbə sayəsində  20 min dollar (təxminən 15 min funt sterlinq) pul mükafatına da sahib çıxıb.