Madrid "Real"ı Trent Alexander-Arnoldun klublararası dünya çempionatında oynaya bilməsi üçün "Liverpul"a müraciət edib.
"Olimpnews.az" "Sky Sports"a istinadla xəbər verir ki, Kral klubu qarşı tərəfdən müqavilənin tezləşdirməsini xahiş edib.
Qeyd edək ki, Trent Alexander-Arnold artıq İspaniya nəhəngi ilə razılıq əldə edib. Məlumat üçün bildirək ki, "Real"ın turnirdə ilk oyunu iyunun 18-də “Əl-Hilal” klubu ilə olacaq.