Kiçik Ronaldo yığmaya çağırıldı

Kiçik Ronaldo yığmaya çağırıldı

Kriştianu Ronaldonun oğlu Xorvatiyada keçiriləcək beynəlxalq turnirdə iştirak etmək üçün ölkəsinin gənclərdən ibarət yığma komandasına çağırılıb.

"Olimpnews.az" Portuqaliya Futbol Federasiyasının saytına istinadla xəbər verir ki, kiçik Ronaldo millinin heyətində Yaponiya, Yunanıstan və İngiltərə milliləri ilə görüşlərdə forma geyinəcək. Yarış mayın 13-də start götürəcək. Məlumat üçün bildirək ki, kiçik Ronalda hazırda "Əl-Nəsr"in gənclər komandasında çıxış edir.