London “Arsenal”ının keçmiş baş məşqçisi Arsen Venger bildirb ki, Avropa Liqasının qalibi Çempionlar Liqasına deyil, növbəti mövsümdə iştirak edəcəyi turnirə birbaşa vəsiqə qazanmalıdır.
"Düşünürəm ki, UEFA bu məsələyə yenidən baxmalıdır. Bu barədə onlardan soruşsanız, bütün bunlar Avropa Liqasını maraqlı və mənalı saxlamaq üçün edilir - deyəcəklər", - deyə BeIN Sports Vengerin sözlərini sitat gətirib.
Məlumat üçün bildirək ki, Avropa Liqasının cari mövsümünün yarımfinalının cavab görüşündə “Tottenhem” “Bodo-Qlimt”lə (ilk oyun 3:1), “Mançester Yunayted” isə “Atletik”lə (3:0) üz-üzə gələcək.