Azərbaycan Baksetbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, Bakı İdmanı Sarayında təşkil olunan oyunda "Sabah" komandası "Neftçi" ilə üz-üzə gəlib. İlk iki seriyada rəqibinə məğlub olan "ağ-qaralar" bu dəfə vəziyyəti xeyrinə dəyişməyib bacarıb. Oyun "Neftçi"nin 79:76 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, üç oyundan sonra Rimas Kurtinaytesin komandası seriyada 2:1 hesabı ilə irəlidədir. Bu komandalar arasında final mərhələsinin ilk iki oyunu "Sabah"ın qələbəsi ilə başa çatmışdı (94:89, 86:77).
Komandalar arasında final seriyasının növbəti oyunu mayın 8-də keçiriləcək.
Qeyd edək ki, seriyada ən tez dörd qələbə qazanan klub mövsümün qalibi qadını qazanacaq.
Basketbol Liqası: Final seriyasında hesab minimuma endi
