Türkiyənin "Fənərbağça" klubu portuqaliyalı baş məşqçi Joze Mourinyonun əvəzinə iki namizəd tapıb.
Olimpnews.az xəbər verir ki, "Beşiktaş" derbisindəki məğlubiyyət və Avropa Liqasında "Rangers"lə oyundakı uğursuzluq klubun səbr kasasını daşırıb. Klubun rəhbərliyi hər nə qədər portuqaliyalı mütəxəssislə yola davam edəcəyi ilə bağlı fikirlər səsləndirsə də, yerli çempionatın sonlarına yaxın "sarı-lacivərdiliər"in "Qalatasaray"la mübarizədə çempionluqdan qopması artıq dəyişiklik məsələsini gündəmə gətirib. Azarkeşlər tribunadan həm Mourinyonun, həm də rəhbərliyin istefasını tələb edirlər.
Mourinyonun gedişindən sonra isə əsas namizəd kimi iki mütəxəssisin adı hallanır. Bunlar Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montello ve Sərgən Yalçındır.
Ötən gün namizədlər arasında "Qalatasaray"ın keçmiş futbolçusu Arda Turanın da adı yer alırdı.
Qeyd edək ki, Türkiyə klubu Joze Mourinyoya ilinə 10 milyon avro maaş ödəyir.
Mourinyonun əvəzinə iki namizəd var
