Bu təhsil kursları VƏTƏNDAŞLARI ALDADIR - XƏBƏRDARLIQ
BOK
07.05.2025, 12:56
‘’Azərbaycanda son illər təhsil bazarında fəaliyyət göstərən hazırlıq kurslarının və tədris mərkəzlərinin sayında nəzərəçarpacaq artım qeydə alınıb. Bu artım bir tərəfdən cəmiyyətin təhsilə olan tələbatının göstəricisidirsə, digər tərəfdən hüquqi tənzimləmə və keyfiyyət təminatı baxımından ciddi problemlərin də xəbərçisidir’’. "Olimpnews.az" xəbər verir ki, bu sözləri "Ajans.az"-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, mövcud vəziyyət göstərir ki, qeyri-dövlət təhsil sektorunda hüquqi çərçivənin tətbiqi praktikada ciddi şəkildə pozulur: ‘’ Bu da vətəndaşların, xüsusilə də abituriyent və valideynlərin aldanması hallarının artmasına gətirib çıxarır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 30-cu maddəsinə əsasən, qeyri-dövlət təhsil müəssisələrinin fəaliyyəti lisenziya əsasında həyata keçirilməlidir. Eyni zamanda, 31-ci maddəyə görə, lisenziya olmadan fəaliyyət göstərən təhsil müəssisələri qanunsuz sayılır və onların fəaliyyəti dayandırılmalıdır. Ancaq hazırda ölkədə fəaliyyət göstərən minlərlə tədris kursu və hazırlıq mərkəzinin əksəriyyəti ya ümumiyyətlə lisenziyasız fəaliyyət göstərir, ya da “fərdi müəllim” adı altında hüquqi məsuliyyətdən yayınıb fəaliyyətlərini davam etdirirlər.
Dövlət Statistika Komitəsinin 2024-cü ilin sonunda yaydığı məlumatlara görə, qeyri-dövlət sektorda təhsil fəaliyyəti ilə məşğul olan subyektlərin yalnız 22%-i rəsmi şəkildə qeydiyyatdan keçmiş və lisenziya almış qurumlardır. Bu o deməkdir ki, hər beş kursdan dördü qeyri-qanuni və qeyri-şəffaf şəraitdə fəaliyyət göstərir. Lisenziyasız fəaliyyət göstərən kurslarda keyfiyyət göstəriciləri adətən çox aşağı olur. Bu cür kurslar nə müəllimlərin ixtisasına, nə tədris proqramlarının uyğunluğuna, nə də təhlükəsizlik və sanitariya normalarına riayət olunmasına zəmanət verir. Eyni zamanda, bu mərkəzlərdə tədris nəticələrinin monitorinqi, qiymətləndirmə mexanizmi və tədris prosesinə dair hesabatlılıq sistemi mövcud deyil. Nəticədə, bu kurslarda iştirak edən vətəndaşlar xidmətin keyfiyyətsizliyindən əziyyət çəksələr belə, heç bir hüquqi müdafiə mexanizminə malik olmurlar. Müqavilə bağlanmır, ödənişlər qəbzsiz qəbul olunur və mübahisə yarandıqda kursun məsuliyyət daşıması mümkün olmur. Beynəlxalq təcrübə göstərir ki, müasir dövlətlərdə əlavə təhsil və hazırlıq kursları ciddi şəkildə tənzimlənir. Məsələn, Almaniyada bu sahə federal və əyalət qanunları ilə tənzimlənir, hər bir hazırlıq mərkəzi qeydiyyatdan keçməli, illik hesabatlar təqdim etməli, təlim proqramları isə dövlətin müəyyən etdiyi kurikulum çərçivəsində həyata keçirilməlidir. Finlandiyada isə bu cür kurslara icazə verilməzdən əvvəl pedaqoji heyətin kvalifikasiyası və tədris mühiti dövlət qurumları tərəfindən yoxlanılır. Hətta, qonşu Gürcüstanda belə, Təhsil və Elm Nazirliyi tərəfindən qeyri-dövlət təhsil qurumlarına dair vahid reyestr sistemi tətbiq olunur ki, burada vətəndaşlar açıq şəkildə kursun statusunu, müəllim heyətini və proqramını yoxlaya bilirlər’’.Ekspert vurğulayıb ki, Azərbaycanda bu sahədə monitorinq və ictimai məlumatlandırma mexanizmi tamamilə yetərsizdir: ‘’Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş lisenziyalı kursların vahid reyestri ictimaiyyətə əlçatan deyil, reydlər mütəmadi şəkildə keçirilmir, mediada bu sahəyə dair xəbərdarlıqlar az yayılır. Belə bir şəraitdə kurs sahibləri istədikləri kimi fəaliyyət göstərir, istənilən ad altında fırıldaqçılıq edərək vətəndaşları aldatmaq üçün zəmin tapırlar. Xüsusilə “xaricdə təhsil” adı altında fəaliyyət göstərən bəzi qurumlar məsələn, “Pilgrim Education”, “ABC Təhsil Mərkəzi” və başqaları birbaşa vətəndaşların pullarını mənimsəyir. Nəticədə onlar hüquqi yolla haqlarını tələb edə bilmirlər, çünki ortada nə müqavilə, nə qeydiyyat, nə də lisenziya var. Müsbət cəhət ondan ibarətdir ki, cəmiyyətin təhsilə marağı yüksəkdir. Bu müstəqil təşəbbüslərə geniş imkanlar yaradır. Xüsusilə gənc müəllimlərin özəl sektorda məşğulluğunun artması, innovativ tədris metodlarının inkişafı, fərdi yanaşma imkanları baxımından hazırlıq kurslarının potensialı böyükdür. Amma bu potensial yalnız zamanında tənzimlənərsə, faydalı nəticə verə bilər. Əks halda, vətəndaşların narazılığı artacaq, təhsil sahəsinə olan inam zəifləyəcək və tədrisin keyfiyyəti daha da bərbad vəziyyətə düşəcək. Bunun qarşısını almaq üçün bir sıra dəyişikliklər zəruridir. Əvvəla, Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə monitorinq sistemi yaratmalı, bu sahədə fəaliyyət göstərən kurslara qarşı cərimə və bağlanma sanksiyalarını tətbiq etməlidir. Lisenziyasız fəaliyyətə görə Cinayət Məcəlləsinin 192-ci maddəsi (qanunsuz sahibkarlıq) və İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsi ilə inzibati məsuliyyət və maliyyə sanksiyaları tətbiq olunmalıdır. Bununla yanaşı, kurslar üzrə vahid informasiya bazası yaradılmalı, ictimaiyyət bu sistem üzərindən kursların statusunu yoxlaya bilməlidir. Əgər bu sahədə hüquqi çərçivə bərpa olunmasa, “tədris xidməti” adı altında aldadılan vətəndaşların sayı artacaq. Xüsusilə də regionlarda fəaliyyət göstərən kurslar tam nəzarətsiz qalacaq. Təhsil bazarında keyfiyyət fərqi artdıqca, təhsildə sosial bərabərlik prinsipi pozulacaq. Buna görə də məsələ təkcə qanun pozuntusu deyil, həm də təhsil siyasətində bərabərlik, şəffaflıq və sosial ədalət prinsipinin qorunması məsələsidir’’.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK