Gənc cüdoçularımız İstanbulda təlim-məşq toplanışında iştirak edirlər

Gənc cüdoçularımız İstanbulda təlim-məşq toplanışında iştirak edirlər

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.

"Olimpnews.az" xəbər verir ki, mayın 5-7-də keçirilən toplanış Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutur. 

Hazırlıq prosesində cüdoçularımıza gənclərdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir. 

Təlim-məşq toplanışı 31 may-1 iyunda Avstriyanın Qraz şəhərində və 21-22 iyunda Almaniyanın paytaxtı Berlində keçiriləcək gənclər arasında Avropa Kuboku turnirlərinə hazırlıq məqsədi daşıyır.