Futbol üzrə UEFA Konfrans Liqasında final mərhələsinin iştirakçılarının adına aydınlıq gəlib.
"Olimpnews.az" xəbər verir ki, bunlar İspaniyanın "Betis" və İngilərənin "Çelsi" klublarıdır.
İlk oyunda doğma meydanda İtaliyanın "Fiorentina" klubuna 2:1 hesabı ilə qalib gələn “Betis” səfərdə sərfəli nəticə sayəsində (2:2) finala adlayıb.
İngiltərənin “Çelsi” klubu isə Londonda İsveçin “Yurqorden” komandasına minimal hesabla qalib gəlib -1:0. Bu komandaların İsveçdəki oyununda "zadəganlar" 1:4 hesablı qələbə qazanaraq cütün taleyinə demək olar ki, aydınlıq gətirmişdilər. İki oyunun nəticəsinə əsasən "Çelsi" klubu 5:1 hesablı qələbə sayəsində finala vəsiqə qazanıb.
Beləliklə, mayın 28-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq UEFA Konfrans Liqasının finalında "Betis" və "Çelsi" komandaları üz-üzə gələcək.