"Liverpul"un hücumçusu Məhəmməd Salah karyerası ərzində üçüncü dəfə eyni uğura nail olub.
"Olimpnews.az" xəbər verir ki, o, İngiltərənin Futbol Jurnalistləri Assosiasiyasının tərəfindən təsis olunmuş "İlin oyunçusu" mükafatını qazanıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd edilir ki, misirli futbolçu 21-ci əsrdə mətbuatdan rekord sayda - 90 faiz səs qazanıb. Qeyd edək ki, Salah bu mükafatı 2018 və 2022-ci illərdə qazanıb. Bununla da o, “Arsenal”ın keçmiş hücumçusu Tyerri Anriyə çatıb.