Misli Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Misli Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Bu gün futbol üzrə Misli Premyer Liqsında 34-cü turun daha iki oyunu keçiriləcək. 
“Olimpnews.az” xəbər verir ki, günün ilk oyunu paytaxtda baş tutacaq. “Səbail” klubu “ASCO Arena”da çempionatın gümüş medallarını təmin edən “Zirə”ni qəbul edəcək. Saat 17:00-da başlayacaq oyunu Tural Qurbanov idarə edəcək. 
33 turdan sonra qəsəbə təmsilçisi “Zirə” 67 xalla ikinci, aktivində 22 xalı olan “Səbail” isə sonuncu - onuncu pillədə qərarlaşıb.  
Günün ikinci oyunu isə Tovuzda baş tutacaq. “Turan Tovuz” klubu doğma azarkeşlər önündə “Neftçi”nin müqavimətini qırmağa çalışacaq. Tovuz şəhər stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq. Oyunun baş hakimi Rəşad Əhmədov olacaq. 
33 turdan sonra bölgə təmsilçisi 49 xalla dördüncü, “Neftçi” isə 37 xalla altıncıdır. 
Qeyd edək ki, tura mayın 11-də yekun vurulacaq.