Pakistan “Qisas” əməliyyatına başladı: gərgin döyüşlər gedir
BOK
10.05.2025, 11:14
Pakistan Hindistan tərəfinin hərəkətlərinə cavab olaraq Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Olimpnews.az Oxu.Az-a istinadən xəbər verir ki, "Banyan-ul-Marsus" ("Qurğuşunla örtülmüş divar") əməliyyatı çərçivəsində bütün Hindistan ərazisində çoxsaylı strateji obyektlər hədəf alınıb. Əməliyyatın adı dərin simvolik məna daşıyır və "keçilməz maneə" mənasını verən "Quran" ifadəsinə istinad edir. "İlkin mərhələdə, təhlükəsizlik qüvvələrindəki mənbələrin məlumatına görə, zərbələr nəticəsində Hindistanın bir çox qiymətli hərbi obyektləri məhv edilib", - deyə bəyanatda bildirilib. Pakistan hərbçilərinin iddialarına görə, Beasda yerləşən "Bramos" raket anbarı məhv edilib. Rusiya və Hindistanın birgə layihəsi olan "Bramos" raket kompleksinə 290 km-ə qədər məsafədəki hədəfləri məhv edə bilən səsdən sürətli qanadlı raketlər daxildir. Hindistan Hərbi Hava Qüvvələri üçün regionda strateji əhəmiyyət kəsb edən Hindistanın Udhampur və Pathankot hava bazaları güclü zərbələrə məruz qalıb. Pakistan Silahlı Qüvvələri həmçinin Uridə Hindistan ordusunun briqada qərargahını və təchizat anbarını da məhv edib. Eyni zamanda kiberhücumlar nəticəsində Hindistanın elektrik şəbəkəsinin 70%-nin sıradan çıxarıldığı da iddia edilir. Əgər bu məlumatlar təsdiqlənərsə, bu, dövlətlərarası münaqişədə kibersilahlardan misligörünməmiş istifadə demək olacaq. Hindistanın "Indian Express" nəşri artıq ölkə sakinlərinə mümkün kiberhücumlarla bağlı xəbərdarlıq edib. Qeyd edək ki, daha əvvəl Pakistan ordusunun ictimaiyyətlə əlaqələr üzrə baş direktoru Əhməd Şərif Çaudhri Hindistan Hərbi Hava Qüvvələrinin Nur-Xan, Myurid və Şorkot aviabazalarına hücum etdiyini bəyan edib. Onun sözlərinə görə, Hindistan raketlərinin əksəriyyəti havada məhv edilib, aviabazaların yaxınlığına düşənlər isə o qədər də ciddi ziyan vurmayıb. Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr üzrə idarələrarası bölməsi bildirib ki, ölkə ordusu Hindistanın Cammu və Kəşmir bölgəsindəki Birnala qəsəbəsində aerodromu və Hindistanın üç nəzarət-buraxılış məntəqəsini məhv edib. Xatırladaq ki, mayın 10-na keçən gecə Hindistan Pakistanın hava bazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Buna cavab olaraq Pakistan hökuməti genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib. Pakistan hərbçiləri həmçinin Bhatinda şəhərində (Pəncab ştatı) aerodromun, eləcə də Akxnur şəhərində (Hindistan birliyinin Cammu və Kəşmir ərazisi) aviabazanın dağıdılması barədə məlumat veriblər. "Pakistana qarşı istifadə edilən bütün aviabazalara eyni vaxtda hücum edilir. Gözə göz, dişə diş", - deyə Pakistan hərbi qurumunun bəyanatında qeyd edilib. Bildirək ki, Hindistan və Pakistan arasındakı münaqişə 1947-ci ildə Britaniya Hindistanının bölünməsinə qədər uzanan uzun tarixə malikdir. Hər iki ölkə nüvə silahına malikdir və bu da hər hansı bir eskalasiyanı regional və qlobal təhlükəsizlik üçün xüsusilə təhlükəli edir. Hazırkı eskalasiya son onilliklər ərzində ən ciddisi ola bilər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK