Bu gün Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kubokuna start verilib.
"Olimpnews.az" xəbər verir ki, yarışların ilk günündə Azərbaycan cüdoçuları 1 dəst medal qazanıblar. Təmsilçilərimizdən Nazir Talıbov -66 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
Komandamızın heyətində çıxış edən digər cüdoçularımızdan Babarəhim Mirzəyev (-60 kq) gümüş, Nəriman Mirzəyev (-73 kq) isə bürünc medala sahib çıxıb. Murad Əliyev isə -60 kq çəki dərəcəsində beşinci yerlə kifayətlənib.
Qeyd edək ki, yarışda 15 ölkədən 199 (146 kişi, 53 qadın) idmançı mübarizə aparır. Azərbaycan cüdoçuları turnirdə 6 çəki dərəcəsində 19 idmançı ilə təmsil olunurlar.