"Sabah" çempionluğun bir addımlığında

"Sabah" çempionluğun bir addımlığında

Azərbaycan Basketbol Liqasında (ABL) “Sabah” - “Neftçi” komandaları arasında final super seriyasının 5-ci oyunu keçirilib. 
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Bakı İdman Sarayında keçirilən oyuna "Sabah" basketbolçuları üstün başlayıblar və yekunda "Neftçi" üzərində 107:89 hesablı qələbə qazanıblar. Bu qələbə ilə birlikdə “Sabah” final seriyasında ümumi hesabı 3:2 edib. 
Qeyd edək ki, final seriyasının 6-cı oyunu mayın 14-də oynanılacaq. Super seriyada ən tez 4 qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2024/25-ci illər mövsümünün çempionu olacaq.