PSJ-nin yarımmüdafiəçi Osman Dembele Peşəkar Futbolçuların Milli İttifaqı tərəfindən təsis olunmuş mükafata layiq görülüb.
"Olimpnews.az" xəbər verir ki, o, Liqa 1-in ən yaxşı oyunçusu nominasiyasında qalib olub. Belə ki, 27 yaşlı hücumameyilli futboçu cari mövsümdə 28 oyun keçirib. O, həmin matçlarda 21 qol vuraraq, 8 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, hazırda transfer dəyəri 75 milyon olan Demebele bu mövsüm Franasa çempionu olub. Bundan əlavə o komandası ilə birlikdə UEFA Çempionlar Liqasının finalına yüksəlib.