Futbolda ofsayd qaydaları dəyişir

Futbolda ofsayd qaydaları dəyişir

Futbol yarışlarında ofsayd qaydası tezliklə dəyişə bilər.

Olimpnews.az-in məlumatına görə, bu barədə UEFA-nın baş katibi Ciorcio Marçetti məlumat verib. "Bir millimetr ofsayd vurulan qolları kölgə altına alır. Biz yalnız bədənin əhəmiyyətli hissələrini nəzərə alan dəyişikliyi nəzərdən keçiririk. Hesab edirik ki, bu bir neçə santimetrə görə mübahisəli qərarlardan qaçmaqda bizə kömək edəcək", - deyə italiyan nəşri La Gazetta dello Sport UEFA rəsmisindən sitat gətirib.