Leverkuzen "Bayer"i Xabi Alonsonun Madrid "Real"ı ilə müqaviləsindən sonra yeni baş məşqçi axtarışına çıxıb.
Olimpnews.az xəbər verir ki, "Əczaçılar" "Monako"nun baş məşqçisi Adi Hutteri bu posta ən layiqli namizəd hesab edirlər. Xəbəri LEquipe nəşri yayıb. Qeyd edək ki, avstriyalı mütəxəssis 2023-cü ildən etibarən knyazlıq klubunun uğurları üçün çalışır. Məlumat üçün bildirək ki, "Monako" hazırda Liqa 1-də 61 xalla üçüncü pillədə qərarlaşıb.