Vinisiusu yeni müqaviləyə dəvət etdilər

Vinisiusu yeni müqaviləyə dəvət etdilər

Madrid "Real"ının braziliyalı futbolçusu Vinisius Junior klubla müqaviləsini artırmağa yaxındır. Olimpnews.az ESPN-nə istinadən xəbər verir ki, yeni müqavilə 2030-cu ilin yayına qədər imzalanacaq. O, vergilərdən əlavə hər mövsüm üçün 20 milyon avro qazanacaq. Bonuslar hesabına bu məbləğin 30 milyona qədər artması mümkündür. Məlumat üçün bildirək ki, Vinisiusun hazırkı müqaviləsi 2027-ci ilin iyununda başa çatır.