Paracüdoçularımız dünya çempionatında iştirak edirlər 

Paracüdoçularımız dünya çempionatında iştirak edirlər 

Azərbaycan paracüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında iştirak edirlər. 
Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, yarışda kişilərdən İsmayıl Muradov (J1, 70 kq) və Zakir Mislimov (J1, 95 kq), qadınlardan Xatirə İsmiyeva (J1, +70 kq) ilə Elnarə Nizamlı (J2, 60 kq) tatami üzərinə çıxacaq.
Qeyd edək ki, bu gün start götürəcək çempionata mayın 15-də yekun vurulacaq.