"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Florian Virtsin transferini həll edən "Bayer Münhen" klubu "əczaçılar"ın daha bir futbolçusunu heyətinə cəlb etməyə yaxındır.
Olimpnews.az xəbər verir ki, Münhen təmsilçisi 29 yaşlı müdafiəçi Conathan Ta ilə şəxsi razılıq əldə etməyə yaxındır. Oyunçu ilə 3 mövsümlük müqavilə imzalanması gözlənilir.
Qeyd edək ki, almaniyalı müdafiəçi "Real Madrid" klubunun da transfer hədəfində idi. Belə ki, "Kral klubu"nun baş məşqçisi olan Xabi Alonso özü ilə Conatan Tanı da Madirdə gətirmək istəyirdi.