"Rossoneri"lər "şəhərlilər"ə güzəştə getmir

"Rossoneri"lər "şəhərlilər"ə güzəştə getmir

Bu mövsüm İngiltərə Premyer Liqasında uğursuz çıxış edən “Mançester Siti” “Milan”ın yarımmüdafiəçisi Tijani Reyndersi hədəfə alıb.

Olimpnews.az Teleqraf nəşrinin məlumatına istinadən xəbər verir ki, 26 yaşlı niderlandlı futbolçu üçün "şəhərlilər" ən azı 67 milyon avro ödəməlidir. Nüfuzlu Transfermarkt portalında isə  ounun qiyməti 50 milyon avro göstərilir. Məlumat üçün bildirək ki, Reynders bu mövsüm"rossonerilər"in heyətində 51 oyunda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.