Cəlilabad Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş Lənkəran-Astara Regionu üzrə Spartakiada çərçivəsində taekvondo idman növü üzrə turnir keçirilib.
Olimonews.az xəbər verir ki, turnirdə 10 çəki dərəcəsi üzrə Cəlilabad və Masallı komandaları mübarizə aparıb.
Ümumi nəticəyə əsasən Masallı komandası birinci, Cəlilabad idmançıları isə ikinci yeri tutub.