Şahmat üzrə dünya çempionu norveçli Maqnus Karlsen sosial şəbəkə hesabında izləyicilərinə şad xəbər verib. Olimpnews.az xəbər verir ki, qrossmeyster həyat yoldaşı Ella Viktoriyanın hamilə olduğunu açıq şəkildə göstərən fotolarını sosial şəbəkə hesablarında yerləşdirib. Fotoların altından isə bu sözləri yazıb: "Mənim gözəl hamilə həyat yoldaşım"
Xatırladaq ki, Maqnus və Ella 2025-ci ilin əvvəlində ailə həyatı qurublar.