Astaralı idmanci Astanada fəxri kürsüdə yer aldı 

Astaralı idmanci Astanada fəxri kürsüdə yer aldı 

Astaranın idman uğurlarında Məryəm Hüseynovanın adı həmişə qaliblər sırasında çəkilir. Rayonun Ərçivan qəsəbəsindən olan Məryəm idmanın velosiped növünə maraq göstərir. O, trek velosipedi üzrə Azərbaycan yığmasının üzvüdür. İdmançı bu günlər daha bir uğura imza atıb. Belə ki, Qazaxıstanın paytaxtında keçirilən “Silk Way Series Astana” beynəlxalq turnirində fəxri kürsüyə qalxıb.

2009-2010-cu illər təvəllüdlü qızlar arasında çıxış edən velosipedçi 38 iştirakçı arasında ümumi təsnifatda 3-cü yeri tutub. Məryəm Hüseynova bu nəticə ilə bürünc medala layiq görülüb.