Milli Olimpiya Komitəsində kütləvi qanvermə aksiyası keçirilib
BOK
12.06.2025, 13:38
Milli Olimpiya Komitəsinin (MOK) dəstəyi, Səhiyyə Nazirliyi Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə MOK-da kütləvi qanvermə aksiyası təşkil olunub.
Olimpnews.az xəbər verir ki, "Həmrəy olaq, Qanımızla yaşadaq" adlı qanvermə aksiyasında Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Fərid Mansurov, baş katib Azər Əliyev, MOK-un digər əməkdaşları, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qonaqları salamlayaraq, tədbirin əhəmiyyətindən danışıb. "Bildiyiniz kimi, iyunun 14-ü bütün dünyada qan donorları günüdür. Bundan başqa tarixdə ilk dəfə Azərbaycanda keçirilən I Avropa Oyunlarından düz 10 ili tamam olur. Bu gün təşkil edilən kütləvi qanvermə aksiyasında ölkənin tanınmış idmançıları, Olimpiya mükafatçılarımız iştirak edirlər. Onların arasında Avropa Oyunlarının da qalib və mükafatçıları da yer alıb. Bu, böyük bir rəmzi məna daşıyır. Hesab edirəm ki, bu aksiya bizim övladlarımızın sağlamlığına xidmət edən xeyirxah bir addımdır. Bilirsiniz ki, ölkəmizin sağlam vətəndaşları arasında idmançıların da xüsusi rolu var. İdmanın özü də sağlam həyat tərzinin təbliğinə xidmət edir. Əminəm ki, bu gün idmançılarımızın verdikləri qan nümunələri neçə-neçə uşaq və yeniyetməyə həyat bəxş edəcək. Təklif edərdim ki, ölkəmizdə keçirilən bu cür aksiyalara idmançılarımız da dəvət olunsun. Bu isə öz növbəsində təbliğat işinə müsbət təsir göstərəcək.
Sonra Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsul çıxış edərək, belə bir tədbirin təşkili üçün Milli Olimpiya Komitəsinin rəhbərliyinə öz minnətdarlığını bildirib. O qeyd edib ki, bu aksiyaya ölkənin ən güclü və tanınmış idmançılarının qoşulması təqdirəlayiq haldır. Daha sonra Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibbi briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini müəyyən etdikdən sonra onlardan qan götürüblər. Qanvermə aksiyası talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən insanların qanla təminatına yardım məqsədi ilə keçirilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK