Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır

Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır

BOK

18.06.2025, 08:00

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.  Olimpnews.az xəbər verir ki, bu gün - fərdi yarışların altıncı günündə Olimpiya çempionumuz Zelim Kotsoyev (-100 kq) mübarizəyə başlayacaq. İlk mərhələdən azad olan cüdoçumuz 1/16 finalda Carred Kross (ABŞ) və Cennaro Pirelli (İtaliya) görüşünün qalibi ilə qarşılaşacaq. Təsnifat görüşləri 13:30-dan etibarən start götürəcək. Final bloku isə saat 20:00-da başlayacaq.  Qeyd edək ki, hazırda komandamızın aktivində iki bürünc medal var. Ölkəmizə medalları Zelim Tçkayev (-81 kq) və Elcan Hacıyev (-90 kq) qazandırıb. 

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR