“Sabah”ın Avropa Liqasındakı potensial rəqiblərinin adına aydınlıq gəldi

“Sabah”ın Avropa Liqasındakı potensial rəqiblərinin adına aydınlıq gəldi

BOK

18.06.2025, 15:32

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Olimpnews.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə Azərbaycan kubokunun sahibi “Sabah”ın da potensial rəqibləri müəyyənləşib. Paytaxt təmsilçisi birinci təsnifat mərhələsini adlayacağı təqdirdə, növbəti raundda AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 24-də evdə, cavab oyunu ayın 21-də səfərdə olacaq. Qeyd edək ki, “Sabah” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın “Sele” klubu ilə qarşılaşacaq. Komanda ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə bir həftə sonra səfərdə keçirəcək.  

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR