Nadal markiz tituluna yiyələndi 

Nadal markiz tituluna yiyələndi 

İspaniyada kral VI Filipin taxt-taca çıxmasının 10-cu ildönümü təntənəli surətdə qeyd olunub. Bu münasibətlə tədbirdə bir sıra tanınmış şəxslərə fəxri adlar təqdim olunub. Təltif olunanlar arasında 22 qat Böyük Dəbilqə çempionu Rafael Nadala zadəgan markiz titulu verilib. Bununla da Nadal vətəni Mayorkanın markizi elan edilib. Təltif olunanlar arasında həmçinin pop və rok müğənnisi Luz Casal, paralimpiyaçı Tereza Perales, əyalət hüquqşünası Xayme Alfonsin, molekulyar bioloq və biokimya professoru Karlos Lopez-Otin və tanınmış fotoqraf Kristina Qarsiya Rodero da yer alıb.

Qeyd edək ki, markiz titulu irsi tituldur. Yəni Nadaldan sonra ailəsi də bu cür adalancaq.